Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq

09:01 - 04 / 09 / 2025
Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bakının Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
144

Son xəbərlər

Qaxda kafe yanıb

Bu gün, 15:30
Bütün xəbərlər