Xalq artisti Səyavuş Aslanın doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artisti Səyavuş Aslanın doğum günüdür

11:43 - Bu gün
Xalq artisti Səyavuş Aslanın doğum günüdür

Tanınmış teatr və kino aktyoru, "Şərəf" ordenli, Xalq artisti Səyavuş Aslanın anadan olmasından 90 il keçir.

1news.az Oxu.Az-a istinadən xatırladır ki, Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb.

1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub.

1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub.

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru olub və bir çox rəngarəng obrazlar yaradıb.

Xalq artistinin "Kəndimizin mahnısı", "Özümüz bilərik", "Altı qızın biri Pəri", "Ulduz" kimi tamaşalardakı və filmlərdəki obrazları yaddaşlara həkk olunub.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 1982-ci ildə "Xalq artisti" fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü olub. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

Xalq artisti ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər