Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib

09:43 - 04 / 09 / 2025
Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,37 ABŞ dolları və ya 1,92% azalaraq 69,88 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,25 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
139

Son xəbərlər

Qaxda kafe yanıb

Bu gün, 15:30
Bütün xəbərlər