AQTA: Bəzi bölgələrdə müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması qaydaları pozulur | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA: Bəzi bölgələrdə müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması qaydaları pozulur

Qafar Ağayev16:07 - Bu gün
AQTA: Bəzi bölgələrdə müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması qaydaları pozulur

Mövsümi xəstəliklərin yayılma riski artdıqca heyvan bazarlarında gigiyena və baytarlıq tələblərinə əməl olunması xüsusi əhəmiyyət daşıyır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bazarlarda müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması və qaydalara riayət edilməməsi infeksiyaların yayılmasına səbəb ola bilər:

"Aparılan monitorinqlər göstərir ki, bəzi bölgələrdə bu qaydalar pozulur. Bu isə həm heyvanlar, həm də insanlar üçün təhlükə yaradır.

Epizootoloji stabilliyin qorunması üçün bazar sahibləri və satıcıların əməl etməli olduqları tələbləri diqqətinizə çatdırırıq!

Unutmayaq: sağlam heyvan sağlam qida, sağlam qida sağlam insan deməkdir!".

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər