“Baku Water Week 2025” – sənaye liderləri vahid platformada – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku Water Week 2025” – sənaye liderləri vahid platformada – FOTO

13:16 - Bu gün
“Baku Water Week 2025” – sənaye liderləri vahid platformada – FOTO

2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week”ə (Bakı Su Həftəsi) artıq sayılı günlər qaldı.

Su təsərrüfatı sahəsində ən son texnologiyaları və innovativ həlləri Azərbaycana gətirərək, dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkar ziyarətçiləri bir araya toplayacaq “Baku Water Week” 10–12 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Regionun ən böyük su tədbiri iştirakçılarına unikal netvörkinq imkanları, ən son texnologiyaların nümayişi və qlobal ekspertlərlə birbaşa dialoq fürsəti təqdim edir.

Bakı Su Həftəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir.

“Baku Water Week” qlobal ekspertlərin toplaşdığı, çağırışlar, təşəbbüslər və həll yollarının səsləndirildiyi bir fikir mübadiləsi platformasıdır. Ölkəmizdə ikinci dəfədir ki, baş tutacaq və region, o cümlədən Azərbaycan üçün çox vacib olan bu tədbir bu il də zəngin, maraqlı və eyni zamanda mühüm işgüzar proqramla diqqət çəkir.

Tədbirin ilk günü təqdimat zonasında “Su təmizlənməsi üçün kompleks həllər” və “Su təchizatı və tullantı sularının obyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə edilməsi” adlı təqdimatlar, "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" adlı keys sessiyası, “Xəzər dənizinin mövcud vəziyyəti, problemləri və həll yolları” adlı ekspert sessiyası, həmçinin “Tullantı sularının dayanıqlı idarəolunması - COP29 məqsədləri yolunda” adlı sessiya keçiriləcəkdir.

2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı - Gələcək üçün su: su qıtlığından strategiyaya doğru

“Baku Water Week 2025”in 2-ci günü - 11 sentyabr tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə keçiriləcək 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı aktuallığı ilə diqqət çəkir. Bakı Ekspo Mərkəzində baş tutacaq konfrans çərçivəsində ötən il olduğu kimi bu il də müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, özəl şirkətlərin rəhbərləri, eləcə də sahə üzrə aparıcı yerli və beynəlxalq ekspertlərin iştirakı ilə geniş və zəngin proqram təqdim olunacaqdır. 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edəcəkdir.

Konfrans zamanı “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiya, “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın rolu” adlı panel müzakirələri keçiriləcəkdir.

2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı çərçivəsində dövlət və özəl sektoru təmsil edən qurum və şirkətlər arasında anlaşma memorandumları da imzalanacaqdır. Belə ki, “ACWA Power” şirkəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında PPP müqaviləsinin, eləcə də “ACWA Power” şirkəti və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu arasında birgə tədqiqat və təcrübə mübadiləsi məqsədilə Anlaşma Memorandumunun imzalanması imzalanması nəzərdə tutulmuşdur.

Bununla yanaşı, konfrans çərçivəsində “Hackathon” müsabiqəsində qalib gəlmiş komandanın təltifetmə mərasimi, həmçinin panel müzakirəsində iştirak edən şirkətlərin mükafatlandırılması mərasimi baş tutacaq.

2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransının qızıl sponsoru “AquaLink Azərbaycan” və "Hidroloq" şirkətləridir.

6-cı Xəzər Su İnnovasiya Forumu

12 sentyabr - “Baku Water Week”in 3-cü günü tədbirin qızıl sponsoru olan “AquaLink Azərbaycan” şirkətinin təşkilatçılığı ilə 6-cı Xəzər Su İnnovasiya Forumu keçiriləcəkdir. Bu məqam Bakı Su Həftəsinin regionda su təsərrüfatı sahəsində əsas görüş, əməkdaşlıq, eləcə də innovasiyalar və beynəlxalq dialoq platformasına çevrildiyini bir daha təsdiqləyir.

“Suya dəyər qatırıq” şüarı ilə təşkil olunacaq bu forum zamanı da sahə ilə bağlı mühüm mövzular gündəmdə olacaqdır. Forum çərçivəsində dörd əsas panel müzakirəsi baş tutacaq: “Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləri”, “Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri”, “Təkrar emal etmə texnologiyaları və onların əhəmiyyəti” və “Suyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi”. Foruma Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkəni təmsil edən beynəlxalq şirkətlər və ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri qatılacaq.

Bütün bunlarla yanaşı, “Baku Water Week” çərçivəsində dövlət qurumları, özəl sektor və innovativ startaplar arasında əməkdaşlığın inkişafına yönəlmiş B2B və B2G görüşlər də keçiriləcək. Bu görüşlər yerli və beynəlxalq şirkətlərə, eləcə də dövlət qurumlarına əməkdaşlıq imkanlarını müzakirə etmək üçün real platforma təqdim edəcək.

“Baku Water Week”in proqramı ilə daha ətraflı https://bakuwaterweek.az/az/events-programme internet səhifəsində tanış olmaq mümkündür.

Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir.

Bakı Su Həftəsinin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. 2025-ci ilin payız sərgilərinin rəsmi otel tərəfdaşları “Absheron Hotel Group”, “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", florist tərəfdaşları "Gloria Flowers" və “Buketeria”, səyahət tərəfdaşı "Greenwich Travel Club" şirkəti, eləcə də digər rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services” şirkətləri çıxış edir.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər