Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir.
Sentyabrın 8-də Ağdərə rayonunun Vəngli kəndinə yola düşən növbəti köç karvanı ünvana çatıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdərə rayonunun Vəngli kəndinə bu mərhələdə 29 ailə olmaqla, 105 keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.






106