Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - YENİLƏNİB

15:27 - Bu gün
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də Ruanda Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

1news.az xəbər verir ki, görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd ediblər, iki ölkənin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etirilməsinin zəruriliyini vurğulayıblar. Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və "ASAN Xidmət" təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunulub.

14:24

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər