Məcnun Məmmədov: Azərbaycan məhsullarına Yaxın və Uzaq Şərq bazarlarında böyük maraq var

Yaxın Şərq ölkələri Azərbaycanda istehsal olunan meyvə və tərəvəzlərə, Uzaq Şərq isə nar şirəsi və şərab kimi emal məhsullarına maraq göstərir.
1news.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan bu məhsulların ixracı üçün Yaxın və Uzaq Şərq, MDB və Avropa İttifaqı ölkələri ilə sıx danışıqlar aparır. Nazir qeyd edib ki, Azərbaycan fındıq istehsalına görə dünyada dördüncü yerdədir və əsasən Avropa bazarına ixrac edir.
Məcnun Məmmədov əlavə edib ki, ölkənin coğrafi mövqeyi, əlverişli iqlim şəraiti, investisiya mühiti, vergi və gömrük güzəştləri, həmçinin insan kapitalı Azərbaycana investorların marağını artırır.
Qafar Ağayev