Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin baş müşavirni qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin baş müşavirni qəbul edib - FOTO

Qafar Ağayev16:34 - Bu gün
Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin baş müşavirni qəbul edib - FOTO

Sentybarın 30-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş müşaviri Vayat Tolki və Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlonu qəbul edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi və bu çərçivədə Vaşinqton razılaşmalarının icrası, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə rəsmiləri və nümayəndələri tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər