Xəzər dənizində brokonyerlər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər dənizində brokonyerlər saxlanılıb

Qafar Ağayev11:08 - 03 / 10 / 2025
Xəzər dənizində brokonyerlər saxlanılıb

Ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması, su bioresurslarının mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Lənkəran rayonu Xəzər dənizinin su ərazisində qanunsuz balıq ovu ilə məşğul olan A.Salayev və Ə.İslamov saxlanılıblar.
Baxış zamanı həmin şəxslərdən 183 ədəd müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər