Müctəba Xameneinin ilk müraciəti yayılacaq | 1news.az | Xəbərlər
Dünya

Müctəba Xameneinin ilk müraciəti yayılacaq

16:47 - Bu gün
Müctəba Xameneinin ilk müraciəti yayılacaq

İran İslam Respublikasının yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin ilk rəsmi müraciəti yaxın dəqiqələrdə dərc olunacaq.

1news.az bu barədə "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, bu strateji müraciət yeddi mühüm bölmədən ibarətdir. Mətnin məzmununda "Şəhid İnqilab Rəhbəri"nin irsi, xalqın öhdəsinə düşən vəzifələr, silahlı qüvvələrin rolu və icraedici qurumların fəaliyyəti barədə vacib detallar yer alıb.

Müraciətdə həmçinin Müqavimət Cəbhəsinin gələcəyi, region ölkələri ilə münasibətlər və xarici təhdidlərlə mübarizə strategiyasına dair xüsusi vurğuların olduğu qeyd edilir.

Xatırladaq ki, Ayətullah Seyid Müctəba Xamenei bir müddət əvvəl ölkənin Ekspertlər Şurası tərəfindən İranın üçüncü Ali Rəhbəri seçilib.

Paylaş:
155

Son xəbərlər

Bütün xəbərlər