Xalq Bank əmanət məhsulları üzrə sərfəli kampaniya təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq Bank əmanət məhsulları üzrə sərfəli kampaniya təqdim edir

Qafar Ağayev16:11 - Bu gün
Xalq Bank əmanət məhsulları üzrə sərfəli kampaniya təqdim edir

Xalq Bank müştərilərinə sərfəli qazanc imkanları təqdim etmək məqsədilə əmanət şərtlərini yeniləyərək yeni kampaniyaya start verir.

Yenilənmiş faiz dərəcələri ilə müştərilər 30 dekabradək daha əlverişli şərtlərlə depozit yerləşdirə bilərlər. “Müddətli” əmanəti ilə AZN valyutasında illik 11 %, ABŞ dolları valyutasında illik 3 %, “Proqress” əmanəti ilə AZN valyutasında illik 11 %, ABŞ dollar valyutasında illik 2.75 %-dək gəlir əldə etmək mümkündür.

Müddətli” əmanəti üzrə illik faizlər – 3 ay - 8.5 %, 6 ay - 10.5 %, 12 ay - 11 %, 18 ay – 11 %, 24 ay - 11 %. Minimal məbləğ - 100 AZN/USD, 1000 EUR

Proqress” əmanəti üzrə illik faizlər - 12 ay – 10.75 %, 24 ay – 11 %. Depozit məbləğinin artırılması imkanı ilə, minimal məbləğ - 100 AZN/USD/EUR

VIP-Rantye- depozitin artırılması və qismən çıxarılması imkanı ilə iri məbləğdə sərbəst vəsaitlərin etibarlı və gəlirli saxlanmasını təmin edir. Minimal məbləğ - 100 000 AZN/USD/EUR

Uşaq yığım”- övladınızın adına yetkinlik yaşına çatana qədər yığım imkanı verir və faizlərin kapitallaşdırılması ilə maksimal gəlir təklif edir. Minimal məbləğ - 100 AZN/USD/EUR

Faizlərin ödənilməsi məhsulun növündən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçirilir.

Həmçinin 30 dekabradək Xalq Bankın cari və yeni əmanət müştərilərinə Mastercard Black Edition və Visa Infinite premium ödəniş kartları birdəfəlik xidmət haqqı və ya ilkin mədaxil məbləğinə 50% endirimlə təqdim edilir.

Premium kartlar sahiblərinə yüksək komfort, fərdi yanaşma və eksklüziv imtiyazlar təqdim edən, eyni zamanda səyahət zamanı bir sıra əlavə üstünlüklərlə müşayiət olunan prestijli ödəniş vasitələridir. Buraya səyahət sığortası, transfer xidmətləri, hava limanlarında biznes zallara pulsuz keçid və digər imtiyazlar daxildir.

Uzun illərdir ki, müştərilərin öz vəsaitlərini rahatlıqla etibar etdiyi Xalq Bank 2025-ci ilin 6 ayının nəticələrinə əsasən depozit portfelinin həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyü sırasındadır. Qeyd edək ki, Xalq Bankda yerləşdirilmiş əmanətlər “Əmanətlərin Sığortalanması Fondu”nun qaydalarına uyğun olaraq sığortalanır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər