DTX sədri: Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb | 1news.az | Xəbərlər
Siyasət

DTX sədri: Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

10:19 - Bu gün
DTX sədri: Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

“Mövcud məlumata əsasən, Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb”.

1news.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxışında deyib .

“Onlardan 3 min 984 nəfəri XX əsrin 90-cı illərində yəni, I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşmüşlər.

3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır”.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər