Xorvatiyanın sabiq prezidenti: Azərbaycanın bu sahədə gördüyü işlər Cənubi Qafqazda sülh və sabitliyə mühüm töhfə verir

“Azərbaycanın itkin düşmüş şəxslərin taleyinin araşdırılması sahəsində səyləri təqdirəlayiqdir”.
1news.az xəbər verir ki, bunu Xorvatiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Stepan Mesiç Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, normallaşma və sülh prosesləri yalnız humanitar istiqamətdə irəliləyiş olduqda mümkün ola bilər:
“İtkin düşmüş şəxslərin ailələrinin sualları cavabsız qalarsa, sülh və normallaşma baş tutmaz. Azərbaycanın bu sahədə gördüyü işlər Cənubi Qafqazda sülh və sabitliyə mühüm töhfə verir”.
103