2 həftə sonra evlənməyə hazırlaşan qızın meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2 həftə sonra evlənməyə hazırlaşan qızın meyiti tapılıb

18:00 - Bu gün
2 həftə sonra evlənməyə hazırlaşan qızın meyiti tapılıb

Mingəçevirdə 19 yaşlı qızın meyiti asılı halda aşkarlanıb.

1news.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, hadisə şəhərin Günəşli Bağlar adlanan ərazisində qeydə alınıb.

Belə ki, Ləman Məmmədlinin meyiti yaşadığı evdə tapılıb. İlkin məlumata görə, Ləmanın qız toyu olub, noyabrın 1-də isə oğlan toyu olacaqmış.

Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər