“Herend” Azərbaycan üçün Zəfər Günü münasibətilə xüsusi kolleksiya ərsəyə gətirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Herend” Azərbaycan üçün Zəfər Günü münasibətilə xüsusi kolleksiya ərsəyə gətirib - FOTO

11:29 - Bu gün
“Herend” Azərbaycan üçün Zəfər Günü münasibətilə xüsusi kolleksiya ərsəyə gətirib - FOTO

Əl işi, lüks sinfə mənsub çininin dünya üzrə aparıcı istehsalçısı "Herend" xüsusilə Azərbaycan üçün, Qarabağ torpaqlarının işğaldan azad olması uğrunda aparılan müharibədə çalınmış Zəfərin beşilliyi münasibətilə "Italdizain" ilə əməkdaşlıq çərçivəsində yaradılmış kolleksiyanı təqdim edib.

Zəfər Günü hər il 8 noyabrda qeyd olunur.

Servizin bütün predmetlərini səhləb çiçəyi xarıbülbülün (Ophrys caucasica, azərb. Xarıbülbül (hərfi tərcüməsi – "tikanlı bülbül")) təsviri bəzəyir. Xarıbülbül – Şuşa və onun ətraf ərazilərində geniş yayılmış gözəl, bənövşəyi-qızılı rəngli çiçək 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin rəsmi simvoluna, eləcə də tarixən Qarabağa məxsus olmuş torpaqların qaytarılması uğrunda mübarizədə şəhid olmuş Azərbaycan döyüşçülərinin xatirəsinə ehtiram əlamətinə çevrildi. Kolleksiyaya çay dəsti, tort üçün qab və güldan – vahid bədii ideya və incə işlənmiş təsvir ilə birləşmiş məmulatlar daxildir. Yüksək bədii və realistik rəsm – yeni kolleksiya üçün eksklüziv şəkildə hazırlanmış eskizlər əsasında "Herend" manufakturasının peşəkar rəssamlarının virtuoz əl işi.

"Italdizain" şirkəti əməkdaşlıq üçün partnyor seçiminə həmişə xüsusi diqqətlə yanaşır. "Herend" ilə əməkdaşlıq da istisna təşkil etmir. 2026-cı ildə öz 200 illiyini qeyd edəcək aparıcı macar manufakturası "kralların çinisi" fəxri adını çoxdan qazanıb. Onun müştəriləri arasında Böyük Britaniya, Belçika, Yaponiya, Bruney, Oman və Tailandın hakim sülalələri, ABŞ prezidentləri, Habsburqlar, Lixtenşteynlər, Rotşildlər kimi aristokratik və sahibkarlıq fəaliyyəti göstərən ailələrin nümayəndələri var. "Herend" ustalarının möhtəşəm əsərləri Ağ Evin, Avropa parlamentinin, Macarıstan prezidentinin malikanəsinin interyerlərini bəzəyir. Brendin butikləri dünyanın ən böyük şəhərlərinin ən prestijli yerlərində açılıb: Parisdə Rivoli küçəsi, Nyu-Yorkda Beşinci avenyu, Tokioda Gindza rayonu və Los-Ancelesdə Rodeo-Drayv bulvarında. "Herend" çinisini "Harrods", "Saks Fifth Avenue", "Neiman Marcus", "Mitsukoshi", "Takashimaya" kimi dəbli univermaqlarda əldə etmək mümkündür.

"Herend" çinisinin yüksək keyfiyyətinin sirri ənənələrə sadiq qalmaqla yanaşı, qabaqcıl texnologiyaları mənimsəməsidir. Brendin fəlsəfəsi – dörd ünsürün: torpağın (çininin ondan hazırlandığı ağ gil), bişirmə sobalarında alovun, rəssamların onunla boyaları açdığı suyun və sobanın işləməsi, həmçinin rəsmin fiksasiyası üçün zəruri olan havanın birləşməsində Kainatın vəhdət və harmoniyası. "Herend" öz kolleksiyalarını məhdud seriyalarla istehsal edir, ya da şəxsi sifarişlər əsasında eksklüziv xətlər yaradır. Hər bir predmet relyef bəzək elementlərinin əl ilə tökülməsi və qəliblənməsindən tutmuş bişirilməyə, əl ilə rəsmin çəkilməsinə və zərvurmadan ibarət bir neçə mərhələdə (onların sayı iyirmiyə çata bilər) hazırlanır. Çini ilə işin sirləri manufakturada onun mövcudluğunun hər iki yüz ili boyunca ustadan birbaşa şagirdə ötürülür. Lakin brend həm də innovasiyalara açıqdır: aktual dizayn trendlərini nəzərə alan "Herend" daim yeni forma, rəng və dekorativ üsullar işləyib-hazırlayır və tətbiq edir.

Manufaktura müştərilərə olan hörmət və diqqətini dünya çini bazarı üçün unikal sayılan bir təkliflə – servizin yenilənməsinə (zədələnmiş və ya sınmış predmetin əvəzlənməsi) ömürlük zəmanət ilə nümayiş etdirir: beləcə, "Herend" pərəstişkarları ailə servizini nəsildən-nəslə ailə yadigarı kimi ötürə bilərlər.

"Herend"in "Xarıbülbül" kolleksiyası "Ambiance" butikində təqdim olunur.

Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi, 5A.

Əlaqə nömrəsi: +994 (12) 498-62-94

"Herend" manufakturasını Azərbaycanda onun rəsmi distribütoru – "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. Bu brend və onun kolleksiyaları barədə daha çox məlumatı https://italdizain.az/ru/brands/herend veb-saytında əldə edə bilərsiniz.

"Italdizain" şirkəti haqqında

"Italdizain" şirkəti 1996-cı ildə təsis edilib. İlkin olaraq, Azərbaycanda mətbəx üçün keyfiyyətli İtaliya avadanlıqlarının distribütorluğunun həyata keçirilməsi üzrə ixtisaslaşıb. Daha sonra şirkət yeni istiqamətlər yaradaraq və onları aktiv şəkildə inkişaf etdirərək öz biznesini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.

"Herend" brendi haqqında

"Herend" manufakturasının əsası Vins Ştinql tərəfindən 1826-cı ildə Macarıstanın Herend qəsəbəsində qoyulub. 1838-cu ildə yeni sahibkar Mor Fişer London (1851), Paris (1855), Amsterdam (1883), Sankt-Peterburq (1901) və digər irimiqyaslı dünya ticarət sərgilərində iştirak sayəsində şirkəti beynəlxalq səviyyəyə qaldırmağa nail olub. Bu brend monarxiya sülalələrinə məxsus tarixi servizlərin çatışmayan predmetlərinin qüsursuz nüsxələrini hazırlaması ilə ad qazanıb. Hazırda manufakturanın aktivində sayı 5 mini ötmüş orijinal ornament və 16 min forma vardır. "Herend"də təqribən 700 rəssam və 250 qəlibçi də daxil olmaqla, 1500-ə yaxın usta ştatlı əsaslarla işləyir. Brendin çeşidlərinə servizlər, güldanlar, art-obyektlər, heykəltaraşlıq nümunələri, eləcə də xarakterik "pulcuq" naxışı vurulmuş populyar "Vieux Herend" seriyası daxildir. Herend qəsəbəsində brendə məxsus "Porcelanium" mərkəzində onun muzeyi, şou-rumu, firma mağazası "Victoria", "Apicius" kafe və restoranı yerləşir.

Reklam hüququnda

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər