Tələbənin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Nazirlik | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbənin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Nazirlik

Qafar Ağayev11:47 - Bu gün
Tələbənin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Nazirlik

Hazırda ölkədə dabaq xəstəliyi ilə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə "Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması" ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil:

"Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb".

Nazirlik vətəndaşlara müraciət edərək bildirib ki, yalnız rəsmi mənbələrin təsdiqlədiyi məlumatlara etibar edilsin.

Paylaş:
103

Son xəbərlər

Füzulidə ev yanıb

Bu gün, 10:49
Bütün xəbərlər