Paytaxtda 21 yaşlı qadın itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda 21 yaşlı qadın itkin düşüb

Qafar Ağayev17:20 - 06 / 03 / 2026
Paytaxtda 21 yaşlı qadın itkin düşüb

Xəzər rayon sakini 21 yaşlı Gülçin Novruzlu yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, G.Novruzlu evdən çıxan zaman əynində qara rəngli şalvar və boz rəngli gödəkçə olub.

"Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, (012) 590-22-39, (012) 453-02-02, (012) 590-72-03 şəhər nömrələri və (050) 821-00-11, (055) 611-83-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər