Ötən həftə 1 527 hektar ərazi minalardan təmizlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə 1 527 hektar ərazi minalardan təmizlənib

14:51 - Bu gün
Ötən həftə 1 527 hektar ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.11.2025-23.11.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) 1news.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 199 piyada əleyhinə mina, 35 tank əleyhinə mina, 2464 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 527,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər