"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib

Qafar Ağayev17:00 - Bu gün
"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib

Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsində "Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun növbəti buraxılış mərasimi keçirilib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə hərbi hissənin ərazisindəki şəhidlərin memorial kompleksi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.
Buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra tədbirdə çıxış edən HDQ komandanı kontr-admiral Şahin Məmmədov kursu müvəffəqiyyətlə bitirən hərbçiləri təbrik edib, Azərbaycan və Türkiyə ordularının peşəkar təlimatçılarının da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə heyətə təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan və Türkiyədən olan təlimatçılara, kursu müvəffəqiyyətlə bitirən məzunlara fəxri fərmanlar, sertifikatlar, fərqlənmə döş nişanları və qiymətli hədiyyələr təqdim olunub.
Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər