Ələt qəsəbəsində gizlədilmiş narkotik vasitə aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ələt qəsəbəsində gizlədilmiş narkotik vasitə aşkar edilib

Qafar Ağayev12:19 - Bu gün
Ələt qəsəbəsində gizlədilmiş narkotik vasitə aşkar edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlədilmiş ümumi çəkisi 181,14 qram qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər