Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilib? - CAVAB
Bu gün bir neçə media qurumu gununsesi.info-ya istinadən bildirib ki, sabiq deputat, müxalif Milli Şuranın üzvü Gültəkin Hacıbəyli guya səhər tezdən Türkiyədən Azərbaycana deportasiya edilib.
Lakin 1news.az-a məlumatlı mənbələrdən bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil. Onların sözlərinə görə, Gültəkin Hacıbəylinin saxlanılması və ya deportasiyası ilə bağlı hər hansı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, hazırda bir sıra media resurslarının yaydığı məlumatlar rəsmi və ya müstəqil mənbələr tərəfindən təsdiqlənmir.
55












