DİN: Son iki gündə 77 cinayətin açılması təmin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Son iki gündə 77 cinayətin açılması təmin edilib

12:45 - Bu gün
DİN: Son iki gündə 77 cinayətin açılması təmin edilib

Noyabrın 29-30-da ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər, dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 5-də ümumi çəkisi 14 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Həmçinin narkotiklərlə əlaqədar 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Eləcə də polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 1 tapança, 5 tüfəng, 6 patron darağı və 129 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər