Bakıda kəsim məntəqəsində 1 tondan çox yararsız at əti aşkarlanıb, saxlanılanlar var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kəsim məntəqəsində 1 tondan çox yararsız at əti aşkarlanıb, saxlanılanlar var - VİDEO

Qafar Ağayev16:02 - Bu gün
Bakıda kəsim məntəqəsində 1 tondan çox yararsız at əti aşkarlanıb, saxlanılanlar var - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən (AQTA) istehlakçı hüquqlarının qorunması, təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir.

DİN-dən 1news.az-a verilən məlumata görə, növbəti əməliyyat zamanı Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb. Nəticədə qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər-Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar.

Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.

Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər