Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib

11:06 - Bu gün
Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib

Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin məlumatına əsasən, Yasamal RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Porsche" markalı 90-OK-400 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abas Əmirov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü A.Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər