Bakının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

10:30 - Bu gün
Bakının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər