Piyada vurulması - bütün hallarda sürücü günahkardır? – VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyada vurulması - bütün hallarda sürücü günahkardır? – VİDEOREPORTAJ

16:19 - Bu gün
Piyada vurulması - bütün hallarda sürücü günahkardır? – VİDEOREPORTAJ

Təəssüf ki, yol-nəqliyyat hadisələri heç vaxt aktuallığını itirməyən bir mövzudur.

Texnologiyaların inkişafı və hər yerdə kameraların quraşdırılması sayəsində biz hər gün sürücülərin, sərnişinlərin və ya piyadaların ölümü ilə nəticələnən faciəvi görüntülərin şahidi oluruq.

“Qəza” sözünü eşidəndə şüurumuz adətən günahkar sürücünün obrazını canlandırır: sürət həddini aşan və ya diqqətsiz olan birini.

Amma mənzərə həqiqətən də bu qədər birmənalıdırmı? Məsuliyyət həmişə yalnız sükan arxasındakı şəxsin üzərinə düşürmü?

1news.az bu məsələ ilə bağlı həm sürücülərin, həm də piyadaların fikirlərini öyrənməyə çalışıb.

Sorğuda iştirak edənlərin cavablarına əsasən, həm sürücülər, həm də piyadalar bir-birini daha diqqətli və ehtiyatlı olmağa çağırıb, həmçinin yol polisi orqanlarına qayda pozuntularına nəzarəti gücləndirmək barədə müraciət ediblər.

Respondentlər arasında məktəb proqramına yol hərəkəti qaydalarının tədrisinə dair ayrıca fənnin daxil edilməsini təklif edənlər də olub. Hətta bütün baş verənlərdə gözlənilməz şəkildə Türkiyə seriallarını günahlandıranlar da tapılıb.

Eyni zamanda videoreportajda nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının da mövzuya dair fikirləri yer alıb.

Daha ətraflı videoreportajda:

Faiqə Məmmədova

VİDEO: Nadir İbrahimli

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər