İki gündə polis xeyli silah-sursat aşkar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İki gündə polis xeyli silah-sursat aşkar edib

11:32 - 15 / 12 / 2025
İki gündə polis xeyli silah-sursat aşkar edib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, dekabrın 13-də və 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 1 pulemyot, 3 tapança, 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Paylaş:
255

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər