Sumqayıtda “işə düzəltmək” adı altında dələduzluq edən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda “işə düzəltmək” adı altında dələduzluq edən şəxs saxlanıldı

Qafar Ağayev16:52 - 22 / 12 / 2025
Sumqayıtda “işə düzəltmək” adı altında dələduzluq edən şəxs saxlanıldı

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

1news.az xəbər verir ki, Zərərçəkənin “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 4000 manatının ələ keçirilməsi barədə polisə müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı S.Əhmədova müəyyən olunaraq saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Paylaş:
500

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər