Nazir: Azərbaycan 907-ci düzəlişin tam ləğvini gözləyir | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Azərbaycan 907-ci düzəlişin tam ləğvini gözləyir

Qafar Ağayev16:36 - Bu gün
Nazir: Azərbaycan 907-ci düzəlişin tam ləğvini gözləyir

“Azərbaycan “Azadlığın Müdafiə Aktı”na 907-ci düzəlişin tam ləğv edilməsini gözləyir”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, bunun üçün hazırda əlverişli siyasi mühit formalaşıb:
“2025-ci il Azərbaycan–ABŞ münasibətləri baxımından olduqca müsbət və zəngin il olub. 8 avqust sammitinin mühüm nəticələrindən biri 907-ci düzəlişin dayandırılması ilə bağlı sənədin imzalanması idi. Bu düzəlişin vaxtilə qəbul edilməsi Azərbaycana qarşı ədalətsizlik olub. Dekabr ayında Florida ştatından olan konqresmen Anna Pulina Konqresdə bu düzəlişin ləğvi ilə bağlı təşəbbüs irəli sürüb. Hesab edirik ki, belə bir qanunun qəbul edilməsi və 907-ci düzəlişə tam xitam verilməsi həm Azərbaycan–ABŞ münasibətləri, həm də regional əməkdaşlıq üçün yeni imkanlar aça bilər. Gözləntimiz bu düzəlişin tam aradan qaldırılmasıdır”.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər