Bakıda 144 metr hündürlüyündə memarlıq incisi inşa olunur – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 144 metr hündürlüyündə memarlıq incisi inşa olunur – FOTO – VİDEO

15:36 - Bu gün
Bakıda 144 metr hündürlüyündə memarlıq incisi inşa olunur – FOTO – VİDEO

Bakının mərkəzində müasir memarlıq və yüksək yaşayış standartlarını bir araya gətirən unikal bir layihə inşa olunur.

Avenue 8 — paytaxtın ən hündür yaşayış binası olaraq şəhər siluetinə yeni imza atmağa hazırlaşır.

Şəhərin ən prestijli nöqtələrindən birində, Bakı Bulvarı və Zəfər Parkına bir addımlıq məsafədə inşa edilən Avenue 8 layihəsi müasir memarlıq, yüksək yaşayış standartları və eksklüziv həyat tərzini bir araya gətirir. İkili qüllə konsepti ilə dizayn edilən bina zərif memarlıq və şəhər panoramasını əks etdirən geniş şüşə fasadı ilə diqqət çəkir. 144 metr hündürlüyə malik bu yaşayış binası Bakıda bu hündürlükdə inşa olunan ilk rezidensiya layihəsidir.

Avenue 8-in inşasına beynəlxalq təcrübəyə malik komanda rəhbərlik edir. Bu yanaşma layihənin yüksək beynəlxalq standartlara cavab verməsini təmin edir.

Layihənin əsas fərqləndirici xüsusiyyətlərindən biri 4,5 metr hündürlüyündə tavanlara malik mənzillərdir. Döşəmədən tavana qədər olan pəncərələr Xəzər dənizi və Bakı buxtasının mənzərəsini gündəlik həyatın ayrılmaz hissəsinə çevirir. Avenue 8 yalnız yaşayış məkanı deyil, sakitlik, məkan və zaman anlayışının dəyər qazandığı xüsusi bir həyat fəlsəfəsidir.

Layihənin 31-ci mərtəbəsində yerləşən infinity hovuz Bakı şəhəri və Xəzər dənizinə açılan möhtəşəm panoramik mənzərə təqdim edir. Bundan əlavə, layihədə spa və fitnes mərkəzi, qapalı üzgüçülük hovuzu, açıq yoga bağı, padel meydançası, xüsusi landşafta malik həyət, kovorkinq məkanları və seçilmiş restoranlar nəzərdə tutulub.

Konsyerj xidməti, mərkəzləşdirilmiş iqlim nəzarəti, ağıllı ev texnologiyaları Avenue 8-də komfortu və texnologiyanı birləşdirir. Layihə sakinlərinə yalnız ev deyil, eksklüziv mühit və seçilmiş həyat tərzi vəd edir.

Layihə ilə yaxından tanış olmaq, mənzillərin plan həlləri və xüsusi ödəniş şərtləri haqqında məlumat əldə etmək üçün Avenue 8-in Afiyyəddin Cəlilov 23 ünvanında yerləşən satış ofisinə yaxınlaşa bilərsiniz. Ətraflı məlumat və fərdi konsultasiya üçün *8008 nömrəsi ilə əlaqə saxlayın.

Avenue 8 – Zərif zövqün imzası.

https://www.instagram.com/avenue8.az/

https://avenue8.az/

Reklam hüququnda

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər