Fergus Auld Yeni illə bağlı 2025-ci ildə ikitərəfli münasibətlərdə baş verən əsas hadisələrə yekun vurub | 1news.az | Xəbərlər
Siyasət

Fergus Auld Yeni illə bağlı 2025-ci ildə ikitərəfli münasibətlərdə baş verən əsas hadisələrə yekun vurub

15:54 - Bu gün
Fergus Auld Yeni illə bağlı 2025-ci ildə ikitərəfli münasibətlərdə baş verən əsas hadisələrə yekun vurub

Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld Yeni illə bağlı videomüraciətində 2025-ci ildə ikitərəfli münasibətlərdə baş verən əsas hadisələrə yekun vurub.

1news.az xəbər verir ki, britaniyalı diplomat müvafiq postu "Instagram" səhifəsində yerləşdirib.

Videonun əvvəlində F.Auld qeyd edib ki, bu, onun Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi sonuncu müraciətidir.

"İlin əsas hadisəsi (2025-ci il - red.) dövlət naziri Stiven Dauti və Azərbaycan Prezidenti İlham Əliyevin Strateji Tərəfdaşlıq Sazişinin imzalanması yolu ilə münasibətlərimizi yeni səviyyəyə yüksəltmək qərarı oldu. Dekabrda Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri lord Vernon Koaker və Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays müdafiə və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də təhsil və innovasiyalara həsr olunmuş ikitərəfli görüşlər keçiriblər", - səfir bildirib.

O, həmçinin vurğulayıb ki, 2025-ci ildə Laçına və Şuşa şəhərinə səfər edib və bu səfəri "müqayisəedilməz" adlandırıb.

"Qurduğumuz strateji tərəfdaşlıq təkcə hökumətlərimiz arasında rəsmi razılaşmalardan ibarət deyil, həm də inkişaf yaradan bizneslər, azərbaycanlı tələbələrin Britaniya universitetlərində unikal təcrübələri və mədəniyyətlər arasında yeni dostluqlar haqqındadır. Yeni ilin nələr gətirəcəyini səbirsizliklə gözləyirəm", - diplomat əlavə edib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər