Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb

Qafar Ağayev10:49 - 10 / 01 / 2026
Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
221

Son xəbərlər

Bütün xəbərlər