Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə edib

17:23 - Bu gün
Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Husyevlə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Ukrayna səfiri “X” hesabında bildirib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. 2025-ci ilin nəticələrini və 2026-cı ildə strateji tərəfdaşlığımızı gücləndirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq”, - Ukrayna səfiri qeyd edib.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər