Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatının I dəstə yarışlarına yekun vurulub.
1news.az Şahmat Federasiyasına istinadən xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın nəticələrinə əsasən Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar müəyyənləşib.
36 şahmatçının iştirak etdiyi kişilərin yarışında Ümid Aslanov 7 xal toplayaraq 1-ci dəstəni zirvədə başa vurub. Onunla yanaşı Rəvan Əliyev, Fərid Orucov, Kənan Qarayev, Şəmsi Qaraxanov, Rəvan Uğuzov, Kənan İsbatov, Paşam Əlizadə, Suat İbrahimli ilk doqquzluqda yer almaqla Azərbaycan çempionatında iştirak hüququ əldə edib. Namiq Quliyevin çempionatda iştirakdan imtina etməsi səbəbi ilə 10-cu yerə çıxan Allahverdi Həmidov də çempionata buraxılacaq.
18 iştirakçının qatıldığı qadınların mübarizəsində isə 8 xal toplayan Lalə Hüseynov birinci olub. Onunla yanaşı Zəhra Allahverdi Azərbaycan çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, yarışlar FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilib. Yekun nəticədə I dəstədə kişilər arasında ilk 10 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatında iştirakını rəsmiləşdirib.
Ölkə çempionatı fevralın 6-22-də təşkil olunacaq.













