Azərbaycan güləşçisi Belarusdakı turnirdə qızıl medal qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan güləşçisi Belarusdakı turnirdə qızıl medal qazanıb

Qafar Ağayev11:21 - Bu gün
Azərbaycan güləşçisi Belarusdakı turnirdə qızıl medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov (92 kq) Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində qızıl medal qazanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, bütün rəqiblərinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Abakarov finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər