“Şamaxı” və “Kəpəz” klublarını cərimələnib – SƏBƏB
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXI turunda baş verən qayda pozuntularına görə "Şamaxı" və "Kəpəz" klublarını cərimələyib.
1news.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
"İmişli" – "Şamaxı" oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə edilib. "Sabah" – "Kəpəz" matçının 90+8-ci dəqiqəsində isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən oyunçu 2 matçlıq diskvalifikasiya olunub, "Kəpəz" klubu isə 1000 manat məbləğində cərimə olunub.
76








