Uyğunsuzluq aşkarlanan 3 ton araxis məhsulunun satışa çıxarılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Uyğunsuzluq aşkarlanan 3 ton araxis məhsulunun satışa çıxarılmasının qarşısı alınıb

Qafar Ağayev17:33 - Bu gün
Uyğunsuzluq aşkarlanan 3 ton araxis məhsulunun satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri nəzarət tədbirləri çərçivəsində "MORS TRADİNG" MMC-nin Özbəkistandan idxal etdiyi təmizlənmiş araxis məhsuluna baxış keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, laborator müayinə nəticəsində Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Üç ton məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul olunub.

Sahibkarın müraciəti əsasında məhsul partiyaları məhv edilib.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər