Nasaz qatar xəttən çıxarılıb, interval qısa müddətdə bərpa olunacaq - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Nasaz qatar xəttən çıxarılıb, interval qısa müddətdə bərpa olunacaq - YENİLƏNİB

Qafar Ağayev17:49 - Bu gün
Nasaz qatar xəttən çıxarılıb, interval qısa müddətdə bərpa olunacaq - YENİLƏNİB

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.

Bu barədə 1news.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

"Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik" - deyə məlumatda qeyd olunub.

***

17:34

Saat 17:03 radələrində Bakı metrosunun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

Bu barədə 1news.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər