Rafael Hüseynov: Bugünkü suveren Azərbaycan reallığında mədəni irsə bütöv yanaşmaq mümkündür | 1news.az | Xəbərlər
Cəmiyyət

Rafael Hüseynov: Bugünkü suveren Azərbaycan reallığında mədəni irsə bütöv yanaşmaq mümkündür

13:28 - Bu gün
Rafael Hüseynov: Bugünkü suveren Azərbaycan reallığında mədəni irsə bütöv yanaşmaq mümkündür

"Qarabağ və Şərqi Zəngəzurun otuzillik işğalı dövründə Azərbaycanın minlərlə tarixi-mədəni abidəsi əlçatmaz olub".

1news.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov "Azərbaycan mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.

Onun sözlərinə görə, bugünkü suveren Azərbaycan reallığında mədəni irsə bütöv yanaşmaq mümkündür:
"Bu gün Azərbaycan öz mədəni irsinə tam şəkildə baxır və onu tədqiq edir. İşğal dövründə bir çox abidələr dağıdılıb və zədələnib. İndi biz həmin irsi bərpa etməklə yanaşı, onu dünyaya tanıtmaq yolundayıq".

Rafael Hüseynov qeyd edib ki, Azərbaycanda ilk dəfədir ki, kompleks şəkildə belə bir mədəni konsepsiya tətbiq olunur:
"Bu, Azərbaycan mədəni tarixi üçün böyük hadisədir. İndi əsas vəzifəmiz gələcək çağırışlara cavab verməkdir".

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər