Külək güclənəcək - Sarı XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Külək güclənəcək - Sarı XƏBƏRDARLIQ

16:20 - Bu gün
Külək güclənəcək - Sarı XƏBƏRDARLIQ

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər