Qanunsuz saxlanılan silah-sursat aşkar edilib
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 13 tüfəng, 2 patron darağı və 5421 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
78












