İlham Əliyev, Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə yaxşı münasibətləri olan yeganə dünya lideridir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev, Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə yaxşı münasibətləri olan yeganə dünya lideridir

Qafar Ağayev21:35 - Bu gün
İlham Əliyev, Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə yaxşı münasibətləri olan yeganə dünya lideridir

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideridir.

1news.az-ın məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

"Mən burada olmaqdan son dərəcə məmnunam. Enməzdən əvvəl (Bakıya - red.) əməkdaşlarıma dedim ki, Prezident Trampdan başqa, həm türklərlə, həm də israillilərlə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideri Prezident Əliyevdir", - o qeyd edib.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər