Tokayev İran ətrafında vəziyyətin gərginləşməsi fonunda fövqəladə plan təqdim etmək tapşırığı verib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletova hüquq-mühafizə orqanlarının və müvafiq nazirliklərin rəhbərlərinə İran ətrafında vəziyyətin gərginləşməsi fonunda və ölkədə sabitliyə mümkün təhdidlər nəzərə alınmaqla fövqəladə plan təqdim etməyi tapşırıb.
1news.az AZƏRTAC-a istinadən bu barədə Akordanın mətbuat xidmətinə istinadla xəbər verir.
Dövlət başçısının tapşırığı ilə bütün hüquq-mühafizə orqanları 24/7 hazırlıq vəziyyətinə gətirilib. Xarici İşlər Nazirliyinin nəzarəti altında hökumət daxilində xüsusi monitorinq qrupu işə başlayıb. Regional qubernatorlara Yaxın Şərqdə dəyişən vəziyyəti nəzərə alaraq tədbirlər görmək tapşırılıb.
68












