TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib - YENİLƏNİB
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.
1news.az xəbər verir ki, TƏBİB-in mətbuat xidməti məlumatı təsdiqləyib.
Bildirilib ki, müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
***
13:57
TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.
1news.az xəbər verir ki, Bakupost.az-a daxil olan məlumata görə, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.
Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.











