67 nömrəli marşrutun avtobusları yenilənir | 1news.az | Xəbərlər
Cəmiyyət

67 nömrəli marşrutun avtobusları yenilənir

Qafar Ağayev15:33 - Bu gün
67 nömrəli marşrutun avtobusları yenilənir

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsini Nərimanov rayonunun Çernyayevski küçəsi ilə əlaqələndirən 67 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 25-dən sərnişinlərin xidmətinə veriləcək 16 böyüktutumlu "Zhongtong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər