17 ildən sonra ana sevinci – Azərbaycan həkimlərdən uğur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

17 ildən sonra ana sevinci – Azərbaycan həkimlərdən uğur - FOTO

16:49 - Bu gün
17 ildən sonra ana sevinci – Azərbaycan həkimlərdən uğur - FOTO

Uzun illər nəticəsiz qalan müalicələrdən sonra övlad sahibi ola bilməyən pasiyent ana olmaq sevincini yaşayıb.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 17 il övlad həsrəti çəkən pasiyent Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həyata keçirilən müalicə nəticəsində hamilə qalıb. İnstitutun Reproduktiv Sağlamlıq Texnologiyaları şöbəsinin müdiri, dosent, tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzinin peşəkar ginekoloji yanaşması sayəsində uğurlu nəticə əldə olunub.

Qeyd edilib ki, 27-ci həftədə 1290 qram çəki ilə dünyaya gələn körpə – Aynur Bağırova 40 gün davam edən intensiv neonatal müalicədən sonra sağlamlığına qovuşaraq ailəsinə təhvil verilib.

Nazirlikdən vurğulanıb ki, bu hadisə yalnız tibbi uğur deyil, həm də ümidin, səbrin və Azərbaycan tibbinin nailiyyətinin bariz nümunəsidir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər