“Qırmızı Körpü” gömrük postunda külli miqdarda dərman preparatları aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qırmızı Körpü” gömrük postunda külli miqdarda dərman preparatları aşkar edilib

15:43 - Bu gün
“Qırmızı Körpü” gömrük postunda külli miqdarda dərman preparatları aşkar edilib

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

“Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10449 konvalyut, 1269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər