Trampın İrana qarşı hücumları MAGA tərəfdarlarının etirazı ilə qarşılandı | 1news.az | Xəbərlər
Dünya

Trampın İrana qarşı hücumları MAGA tərəfdarlarının etirazı ilə qarşılandı

13:56 - Bu gün
Trampın İrana qarşı hücumları MAGA tərəfdarlarının etirazı ilə qarşılandı

ABŞ Prezidenti Donald Trampın İranla bağlı qərarı onun siyasi bazasında narazılıq yaradıb.

1news.az xəbər verir ki, “Hər şeydən əvvəl Amerika” (MAGA - Make Amerika Great Again) hərəkatının bir sıra tanınmış simaları Vaşinqtonun İsraillə birlikdə İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları tənqid ediblər.

Hərəkatın aparıcı fiqurlarından olan jurnalist Tucker Carlson ABC News telekanalına müsahibəsində ABŞ və İsrailin İrana qarşı birgə hücumunu qınayıb. Uzun müddət Trampı dəstəkləyən Karlson bu addımı “qəbuledilməz və yanlış” adlandıraraq, qərarın Trampın siyasi hərəkatına ciddi təsir göstərə biləcəyini bildirib.

Keçmiş respublikaçı konqres üzvü Marjorie Taylor Greene də sosial şəbəkə hesabında sərt açıqlama yayıb. O, administrasiyanı seçicilərin mövqeyini nəzərə almamaqda ittiham edərək, “Biz Trampa ‘öncə Amerika’ şüarı və sıfır müharibə vədi ilə səs vermişdik” deyə vurğulayıb. Qrin başqa ölkədə rejim dəyişikliyinə qarşı olduğunu bildirərək, Trampın hazırkı addımlarının onun vədləri ilə uzlaşmadığını qeyd edib.

Digər respublikaçı qanunvericilər – Konqres üzvləri Thomas MassieWarren Davidson, eləcə də senator Rand Paul da İrana qarşı hərbi əməliyyatlara qarşı olduqlarını açıqlayıblar.

Beləliklə, İranla bağlı qərar Trampın öz siyasi düşərgəsində də fikir ayrılığı yaradıb.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər