“Mingəçevir” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mingəçevir” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Qafar Ağayev15:54 - Bu gün
“Mingəçevir” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

ASCO-nun “Mingəçevir” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb.

Qurumdan 1news.az-a verilən məlumata görə, proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri təmir edilib. Bununla yanaşı, bərədə gövdə-qaynaq, boruquraşdırma, elektrik və avtomatika işləri yerinə yetirilib.

Gəmidə yeni “Navtex”, “VHF” və “MF/HF” tipli stasionar radiostansiyalar quraşdırılıb, LAG, exolot və komanda yayım qurğularında isə əsaslı təmir-bərpa işləri aparılıb.

Gəminin sualtı və suüstü hissələri, maşın şöbəsi və baş göyərtəsi təmizlənərək rənglənib, heyətin yaşayış otaqları tamamilə yenilənib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlərdən sonra dəniz sınaqlarını uğurla başa vuran gəmi-bərə yenidən istismara qaytarılıb.

Qeyd edək ki, “Mingəçevir” gəmi-bərəsinin uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 düyündür. Gəminin tam yükgötürmə qabiliyyəti isə 5985 ton təşkil edir.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər